Mərmərə dənizində iki gəmi toqquşdu

Mərmərə dənizində iki gəmi toqquşdu

Şənbə günü gecə saatlarında Mərmərə dənizində iki gəmi toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, Axırkapı ərazisi yaxınlığında 126 metrlik “Burhan Dizman” konteyner gəmisi 147 metrlik “Turan C” quru yük gəmisi ilə toqquşub.

Hadisə yerinə iki yedək gəmisi və bir sürətli qayıq göndərilib. Bundan sonra hər iki gəmi təhlükəsiz şəkildə Axırqapı yanalma körpüsünə aparılıb.

Hadisənin baş vermə səbəbləri hələ ki, açıqlanmayıb.

Teqlər: