Mərkəzi Gömrük Hospitalının uzman pediatrı “Vitamin qəbulu” mövzusunda danışıb

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman
pediatr Telman Aytayev vitamin qəbulu mövzusunda ATV-nin “Səhər”
proqramına müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının
youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.
https://www.youtube.com/watch?v=x9QEXiKVaJ8

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman
pediatr Telman Aytayev deyib: “Hər vitamin çatışmazlığının klinik
əlamətləri var. Orqanizmində rutin olaraq vitamin çox nadir
hallarda məsləhət görülür. Yəni iştahsızlıq və çəkidə çatışmazlıq
varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər.
Uşağıa vitamin verilərkən onun boyuna, çəkisinə yaşına görə
inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə
bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa
bilər.”

Qeyd edək ki, üzvi birləşmələrdən ibarət olan vitaminlər insan
qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində
vitaminlər çatışmadıqda orqanizmin funksiyası pozulur, nəticədə
avitaminoz və yaddaş zəifliyi kimi hallar yaranır. Lakin ehtiyac
olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi
dəyərləndirilir. Vitaminlərin miqdarı çox olduqda isə müxtəlif
xəstəliklərə səbəb olur. Həddindən artıq vitamin qəbulu sağlam uşaq
demək deyil.

Orqanizmə C vitamini lazım olduğu halda bir qrup vitaminlər,
dəmir və digər mikroelementlərin artıq istifadəsi bədəndə
depolanmaya şərait yaradır. Ona görə də sağlam qidalanma ən yaxşı
seçimdir. Sağlam qidalanma zamanı meyvə, tərəvəz daha çox ağ ət,
yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan
vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir
sıra vitaminlərin çatışmazlığı yarana bilər. Vitamin çatışmazlığı
zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü
göstərir.

Hər vitaminin xüsusi vəzifəsi var. D vitamini hər yaş qrupuna
verilməlidir, bu. uşaqların əsəb sisteminə, sümük quruluşlarına və
normal inkişafa kömək edir. Kalsium, maqnezium, potasium kimi vacib
mineralalrın ana südündə olması isə körpələrə daha çox
faydalıdır.

Dilara Zamanova

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssis

Teqlər: