Mərkəzi Gömrük Hospitalının infeksionisti “Meymun çiçəyi” xəstəliyi barədə ətraflı məlumat verib

Dünya növbəti virus təhlükəsilə üz-üzədir. Bu virus ilk dəfə
meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində
epidemiyalar baş verib. Afrikadan kənarda ilk yoluxma 2003-cü ildə
ABŞ-da qeydə alınıb. 2017-ci ildə Nigeriyada “Meymun çiçəyi”nə
şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş
arası kişilər olub. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24
nəfər dünyasını dəyişib.

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə
Abdullayeva “Meymun çiçəyi” xəstəliyi ilə bağlı suallarımızı
cavablandırıb.

– Mədinə həkim, “Meymun çiçəyi” xəstəliyi
nədir?

– “Meymun çiçəyi” nadir bir virusdur. Meymun xəstəliyinə səbəb
olan virus çiçək virusu ilə eyni ailədən olan virusdur. Ona görə
xəstəliyin gedişatı çiçək xəstəliyi ilə çox oxşardır. Səpgilərdən
onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür.

“Meymun çiçəyi” virusu olan insandan başqa bir şəxslə yaxın
təmas zamanı yayıla bilər. Xəstəlik insanlara çöl itlərindən keçib.
“Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını
almaqla epidemiyanın qarşısını almaq olar.

– “Meymun çiçəyi” xəstəliyinin əlamətləri
hansılardır?

– Meymun çiçəyi” xəstəliyi Çiçək xəstəliyinə bənzəyir. Virusun
ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ
ağrısı və zəiflikdir. Qızdırma ilə başlayar, əzələ ağrısı,
halsızlıq. Qızdırmadan 3 gün sonra artıq səpgilər əmələ gəlir. Çox
qaşıntılı ola bilən səpgilər qabığa çevrilir və müxtəlif
mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.
Bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya
ağızdan daxil ola bilər. Virus birbaşa təmas yolu ilə, o cümlədən
meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya
yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də ötürülə
bilər.

– “Meymun çiçəyi” xəstəliyi insanlar üçün
təhlükəlidirmi?

– Bu xəstəlik molekulyar vizikulyar səpgilərlə vicuda yayılır.
Xəstəliyin ən qorxulu məqamı isə pnevmaniya əmələ gətirməsidir.
Pnevmaniya əmələ gəldikdə, ölüm riski daha yüksəkdir.

– Bəs Meymun çiçəyinin çiçək xəstəliyindən fərqi
nədir?

– Fərqi çiçək xəstəliyində olmayan, amma “monkey box”
xəstəliyində olan limfa düyünlərində böyümə əmələ gətirir ki, bu da
“Meymun çiçəyi” xəstəliyinin xarakterik xüsusiyyətlərindən
biridir.

– “Meymun çiçəyi” xəstəliyi daha çox hansı ölkələrdə
yayılıb?

– İspaniyada 20-dən çox adamda “Meymun çiçəyi” xəstəliyinin
əlamətləri olduğu açıqlanıb. Portuqaliyada da vəziyyət eyni
qiymətləndirilir. Böyük Britaniyada yoluxanların ümumi sayı 10-u
keçib. . Hazırda xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu
bildirilir.

– Mədinə həkim, Meymun çiçəyi xəstəliyinə qarşı dünyada
peyvənd varmı?

– Bəli, “Meymun çiçəyi” xəstəliyinə qarşı peyvənd mövcuddur.
Belə ki, Çiçək xəstəliyinə qarşı olan peyvənd “monkey” xəstəliyinə
qarşı da istifadə olunur. Bu peyvənd insanları “Meymun çiçəyi”
xəstəliyindən 85% qoruyur. Eyni zamanda, Amerikada qeydiyyatdan
keçmiş bir vaksini var. O vaksinin də həm çiçəyə qarşı, həm də
monkey xəstəliyinə qarşı qoruyuculuğu var.

Teqlər: