Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında idmanın insan həyatında əhəmiyyəti, onun insan sağlamlığına təsiri haqqında fkirlərini bölüşüb

5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix
Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis
edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd
edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır.
Təsadüfi deyildir ki, indi Azərbaycan dünyada güclü idman ölkəsi
kimi tanınır.

İdman – fiziki aktivlik sağlamlıqdır, gümrahlıqdır. Düsünsək ki,
ümümiyyətlə, insan bədəni hərəkət ücün nəzərdə tutulub, bu fikir
tam özünü doğruldur. XXI əsrdə dünya əhalisinin böyük hissəsi hər
gün vaxtının çoxunu kompüter qarşısında və nəqliyyatda oturaq
vəziyyətdə keçirir. Texnoloji tərəqqi cəmiyyətimizi hipodinamik
şəraitdə yaşamağa meyilləndirir.

Fiziki passivlik müasir dövrün səhiyyəsinin ən boyük problemləri
sirasındadır. Ümumdünya Səhiyyə Təşkilatının nəzdində fəaliyyət
göstərə “Global Health Observatory” araşdırma təşkilatının
mənbələrinə gorə fiziki passivlik və hipodinamya ümümi olüm risk
faktorlarının arasında 4-cü yerdədir.

Fiziki passivlik ürək-damar, şəkərli diabet və xərcəng kimi
xəstəliklərın gedişatını ağırlaşdırır. ÜST-ün hesabatlarına əsasən
dünya15 yaşından yuxarı əhalisinin 31,1%-i fiziki passivdir. 13-15
yaşlı yeniyetmələr ilə də vəziyyət ürəkaçan deyil – 80%
yeniyetmələr gündəlik minimal 60 dəqiqəlik aktivlik rejiminə riayət
etmirlər. Qızlar oğlanlardan daha passivdir. Fiziki passivlik –
gündə ən azı 30 dəqiqə, yəni həftədə 5 gün orta intensivlikdə
idmanın olmamasıdır.

Bəs orta intensivli fiziki aktivlik nə deməkdir? – Bu elə
aktivlikdir ki, standart rahat vəziyyətdən 3 dəfə artıq enerji
tələb edir. Məsələn, orta templə yürüs,velosiped sürmə, tennis,
üzgücülük və digər idman növləri ilə məşğul olmaq.

Qeyd edim ki, trenajor zalında çəki ilə işləmə standart tələb
olunan fiziki aktivliyə aid deyil. Bədən ücün ən vacib məşqlər
xüsusi avadanlıq tələb etmir. Yaşı 65-dən yuxarı olan insanların
fiziki aktivlik proqramına balans və koordinasiya məşqlərinin əlavə
edilməsi məsləhətdir. Bu, yıxılmalar nəticəsində travmaların
riskini azaldır.

Fiziki passivlik insan yaşlandıqça artır. Tədqiqatlara əsasən
bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni,
bəzən isə daha güclü effekt göstərir.

Fiziki aktivliyin orqanizmə müsbət təsiri elmlə sübüt
olunmuşdur. Belə ki, fiziki aktivlik:

• Qlükozanın (şəkərin) və insulinin balansını tənzimləyir;

• Ürəyin koronar damarlarında qan axarını artırır;

• Qan təzyiqini aşağı salır;

• Trombların yaranması riskini azaldır;

• Sistem iltihabını azaldır;

• Qanda lipid profilini yaxşilaşdırır – “yaxşı” yağların –
lipoproteidlərin səviyyəsini artırır, “pis” yağların səviyyəsini
azaldır.

Bununla yanaşı, fiziki aktivlik insanın ümumi əhavalını
yaxşılaşdırır – depressiya, stress və gərginliyi azaldır. Gündəlik
idman proqramınıza ümumi bədənin sağlamlığına, tez-tez müşahidə
olunan bel və boyun ağrılarında istifadə olunan idman hərəkətləri
əlavə etmək məsləhətdir. Bu idman hərəkətlərini siz Mərkəzi Gömrük
Hospitalının saytında “Düz qamət – sağlam həyat” rubrikasından
oyrənə bilərsiniz. Linki Sizə təqdim edirik. https://customshospital.az/hekim-mesleheti-duz-qamet/

Teqlər: