Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının üçüncü günü start götürüb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Martın 5-də Bakı Milli Gimnastika Arenasında Akrobatika
Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının üçüncü günü
start götürüb.

Trend-in
məlumatına görə, bu gün 13-19 yaş qrupunda təsnifat mərhələsi
keçiriləcək. Qadın və qarışıq cütlüklər balans hərəkətləri, qadın
və kişi qrupları və kişik cütlükləri temp hərəkətləri nümayiş
etdirəcək. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən
ibarət qadın qrupu təsnifat mərhələsində çıxış edəcək.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: