Mərkəzi Gömrük Hospitalının dermatoloqu herpes xəstəliyi barədə məlumat verib

İnsanlar arasında geniş yayılan viruslardan biri də herpesdir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli şəkildə qalır. İmmun sistemi zəifləyən kimi aktivləşir və özünü büruzə verir. İnsanın bir dəfə herpesə yoluxması bəs edir ki, bu xəstəlik onda ömürlük onun orqanizmində qalsın. Sinir hüceyrələrndə yerləşən herpesin 8 tipi var. İlk 3 tipə daha çox rast gəlinir. I tip herpes dodaqlarda, burun qanadlarında və yanaqlarda xırda səpkilər şəklində özünü büruzə verir.

II tip herpes herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. III tip herpes uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrov yaradır. Bəzi insanlarda uçuq ildə 1-2 dəfə, bəzilərində isə həyatları boyu davam edir. İnkubasiya dövrü 1 həftə – 10 gün olan bu virus hava-damcı yolu ilə keçir. Simptomları əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginlikdir. Xəstəlikdən qorunmaq üçün immun sistemi möhkəmləndirilməlidir, bunun üçün qida rasionumu tənzimləmək, ona daim nəzarət etmək lazımdır.

Bu xəstəlik necə yaranır?

Herpes zamanı hansı qidalardan bol istifadə etmək lazımdır?


Müalicəyə vaxtında başlanılarsa, bu virusdan qurtulmaq mümkündürmü?

Mərkəzi Gömrük Hospitalının həkimi, dermatoloq Dr.Sevinc Kərimova ATV-Səhər verilişinə bu mövzuda müsahibə verib. Ətraflı: videosüjeti izləyin. https://youtu.be/ZBKkp4DhAbU

Teqlər: