Mərkəzi Gömrük Hospitalında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mərkəzi Gömrük Hospitalında 28 May – Müstəqillik Gününə həsr
olunmuş tədbir keçirilib
27 may 2022-ci il tarixində 28 May Müstəqillik Gününə həsr edilmiş
tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin
səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Respublikası
Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və Elnurə
Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov,
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük
Hospitalının kollektivi iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov açılış
nitqi ilə çıxış edərək 28 May Müstəqillik gününün hər bir
Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu olduğunu deyərək,
onun tarixindən danışıb. Baş həkim Elman Məmmədov qeyd edib ki,
1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması ilə XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ
açılmış, ölkənin yüksəlişi üçün əhəmiyyətli işlər görülmüşdür.

Baş həkim Elman Məmmədov deyib: “Çox mürəkkəb şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədiləşdirməyə
çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq
maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı.
Xalqımız ötən əsrin əvvəllərində vətənpərvər oğullarımızın apardığı
mübarizənin nəticəsi kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin
şərəfli tarixi ilə fəxr edir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin
formalaşmasına böyük təsir göstərmişdi. Azərbaycan Xalq
Cümhuriyyəti yaradıcılarını və Ulu Öndər Heydər Əliyevin müstəqil
dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Respublikası
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.

Daha sonra tədbirdə 28 May Müstəqillik gününün tarixinə həsr
edilmiş film nümyaiş edilib. Tədbirdə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə
Novruzlu, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin
Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi
Gömrük Hospitalının uşaq cərrahı Vüsal Cəfərov, sonoloq Günay
Əhmədova, travmatoloq Müseyib Əhmədov və PR mütəxəssis Dilara
Zamanova 28 May Müstəqillik gününün tarixi barədə çıxış
ediblər.

Məruzəçilər çıxışlarında 1920-cu ilin 28 aprel tarixində
Azərbaycan Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal
olunması, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə
“Azərbaycan Xalq Cümhuriyyətinin” varisi olan bugünkü Azərbaycan
dövlətinin yaranması və 1993-cü ildə əldə edilən müstəqilliyin
təhlükə altında olmasını qeyd ediblər. Məhz Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Respublikası öz
müstəqilliyini, suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı,
ölkədə ictimai-siyasi sabitlik bərpa edildi.

Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə dediyi “Azərbaycan
dünyaya Günəş kimi doğacaq” müdrik kəlamı özünün əyani ifadəsini
tapmışdır. Müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycan
Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilib, dünya
xəritəsində özünün layiqli yerini tuta bilib.

Teqlər: