Mərkəzi Bankdan manatın kursu ilə bağlı açıqlama

Mərkəzi Bankdan manatın kursu ilə bağlı açıqlama

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətdə nominal effektiv məzənnəsi 96,6 bənd təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Bu, əvvəlki ayın göstəricisindən 2 bənd az, ilin əvvəlindəki göstəricidən 11,2 bənd, ötənilki göstəricidən isə 15,3 bənd çoxdur.

Noyabrın sonuna manatın real effektiv məzənnəsi 123,2 bənd təşkil edib. Bu göstərici aylıq müqayisədə 2,1 bənd azalıb, ilin əvvəli ilə müqayisədə 9,6 bənd, illik müqayisədə isə 13,7 bənd artıb.

Teqlər: