Mərkəzi Banka 3 yeni baş direktor təyin edildi

Mərkəzi Banka 3 yeni baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, onun əvvəlki vəzifəsinə hələ ki, təyinat olmayıb.

Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Məmmədzadə də baş direktor təyin edilib.

Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb.

Teqlər: