Mərkəzi Bank sığorta bazarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir

Azərbaycan Mərkəzi Bankı sığorta bazarının inkişafı
istiqamətində bir sıra layihələr həyata keçirir.

Bunu AzerTimes-a Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə
nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, bu layihələrdən biri sığorta xidmətlərinin
əlçatanlığının təmin edilməsi və göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsidir.

“Həm icbari, həm də könüllü sığorta növlərinin
rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi sığorta
xidmətlərinin elektron formada alınmasına, habelə sığorta hadisəsi
baş verdikdə kompensasiya üçün onlayn müraciət etməyə imkan
verəcək. Bu, göstərilən xidmətlərin səmərəliliyini artırmağa və
sığorta hadisəsi baş verdikdə operativ reaksiya verməyə kömək
edəcək”, – deyə V.Qurbanov bildirib.

Departament direktoru qeyd edib ki, bu layihələrin həyata
keçirilməsi üçün tənzimləyici tərəfindən müvafiq qanun layihəsi
hazırlanıb – həm hüquqi baza, həm də elektron sistemlərə nəzarət
platforması.

Teqlər: