Mərkəzi Bank ilin sonunadək qiymət artımı ilə bağlı proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonunadək ölkədə
qiymətlərin indiki səviyyədə qalacağını proqnozlaşdırır.

Trend-in
məlumatına görə, bunu Bankın baş direktoru Vüqar Əhmədov mətbuat
konfransında deyib.

“Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız
var. Bütün onlar göstərir ki, inflyasiya hədəf diapazonunun yuxarı
həddinə yaxınlaşmaqla indiki səviyyədə qalacaq. AMB-nin 2022-ci il
üçün inflyasiya üzrə proqnozları dörd faiz təşkil edir. Hədəf
diapazonunun yuxarı həddində altı faiz nəzərdə tutulur, amma
ortamüddətli perspektivdə biz bu göstəricinin dörd faizə
yaxınlaşacağını düşünürük”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: