Mərkəzi Bank İH-nin sabiq üzvləri işdən çıxarılıb?

Mərkəzi Bank İH-nin sabiq üzvləri işdən çıxarılıb?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılıb.

AzerTimes xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

“Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirir”, – məlumatda qeyd olunub.

Teqlər: