Merkel Qərbin aldatdığını etiraf etdi, Putin məyus oldu

Merkel Qərbin aldatdığını etiraf etdi, Putin məyus oldu

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı dediklərindən məyus olduğunu etiraf edib.

AzerTimes xəbər verir ki, o, Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Merkelin açıqlamalarının onun üçün gözlənilməz olduğunu qeyd edib.

Söhbət Merkelin “Die Zeit” qəzetinə müsahibəsindən gedir. Keçmiş kansler Minsk razılaşmalarının Ukraynaya qalib gəlmək və güclənmək üçün vaxt verdiyini açıqlamışdı. Onun fikrincə, razılaşmaların bütün iştirakçıları anlayırdı ki, Ukraynada münaqişə yalnız dayandırılıb, problem isə həll olunmamış qalır.

Qeyd edək ki, Minsk razılaşmaları 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişindən sonra imzalanıb.

Teqlər: