Mərdəkandakı yanğın söndürülüb

Bakının Mərdəkan qəsəbəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

Teqlər: