Mərdəkan yolunda qəza: tıxac yarandı

Mərdəkan yolunda qəza: tıxac yarandı

Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Unikal-a istinadən məlumatına görə, hərəkətdə olan “KİA Rio” markalı avtomobil “Opel Astra” ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobil sürücüləri xəsarət alıblar.

Qəzadan sonra magistral yolda digər avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Teqlər: