Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya
İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov
ekspedisiya zamanı həlak olub.
Bunu Trend-ə
AMEA-ın mətbuat xidmətindən təsdiqləyiblər.
Bildirilir ki, o, Xızıda ekspedisiyada olan zaman yaxınlıqda iki
avtomobil toqquşub.
Nəticədə toqquşan avtomobillərdən biri ona dəyib və Tofiq
Məmmədov dünyasını dəyişib.