Mərakeş hökuməti davam edən pandemiya fonunda krallığın sərhədlərini keçmək üçün fevralın 7-də qüvvəyə minəcək qaydaları açıqlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinəti məlumat yayıb.
Bildirilib ki, Mərakeşə daxil olmaq istəyənlərdən koronavirusa qarşı peyvənd olunması haqqında sənəd və təyyarəyə minməzdən 48 saatdan az bir müddətdə verilən neqativ nəticəsi olan PCR testi təqdim etmələri tələb olunacaq.
Bundan əlavə, krallığın hər hansı bir hava limanına çatan sərnişinlər ekspress test verməlidirlər.
Qeyd edək ki, yanvarın 28-də ölkə hakimiyyəti sərhədləri açmaq və fevralın 7-dən xarici dünya ilə sərnişin reyslərini bərpa etmək qərarına gəlib.