Dünyada koronavirusa yoluxanların sayı 376 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 376 milyon nəfəri keçib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 1 913 949 nəfər koronavirusa yoluxub, 6 331 nəfər isə dünyasını dəyişib.


Bildirilir ki, yoluxanların ümumi sayı 376 478 335, ölənlərin isə 5 666 064 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.