Məqsədimiz Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etməkdir – Ərdoğan

Bizim məqsədimiz Rusiya və Ukrayna prezidentlərinin görüşünü
təşkil etməkdir.

Trend-in
məlumatına görə, bunu Türkiyə prezidenit Rəcəb Tayyib Ərdoğan
Özbəkistan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında
deyib.

O bildirib ki, səfərdən qayıdan kimi həm Vladimir Putin, həm də
Volodimir Zelenski ilə danışıqlar keçirmək niyyətindədir.

“Bu danışıqlarda hər iki liderə “Məqsədimiz sizi bir araya
gətirməkdir” deyəcəyəm. Ümid edirəm ki, hər iki liderdən görüş üçün
vaxt ala biləcəyik. Bu baxımdan, prezidentlər arasında keçiriləcək
görüşə ev sahibliyi etməyə də hazırıq. Amma bu arada müvəqqəti də
olsa atəşkəsi təmin etmək çox vacib əhəmiyyət daşıyır. Bu yöndə
Türkiyədə nümayəndələrin görüşündən sonra Rusiyanın Kiyev və
Çerniqov istiqamətlərində hərbi əməliyyatları məhdudlaşdırması
vacib addımdır”, – deyə R.T.Ərdoğan bildirib.

Teqlər: