Məqsədimiz gündə 3 gəmi göndərməkdir – Bodnar

Məqsədimiz gündə 3 gəmi göndərməkdir – Bodnar

Hazırda Ukrayna limanlarında 17 gəmi yüklənib. Həmin gəmilər çıxmağı gözləyirlər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Məqsədimiz Ukraynadan 1 gündə 3 gəminin çıxması, yoxlanılacaq gəmilərin Türkiyəyə gəlişi və təyinat yerinə doğru irəliləməyə davam etməsidir. Bu gəmilər arasında türk gəmiləri də var. Onların bir qismi Türkiyəyə gələcək. Digərləri isə imzalanmış müqavilələrə uyğun hərəkət edəcəklər. Bunun üçün ayrıca təqvim yaradılacaq və bu barədə məlumat veriləcək”, – Bodnar bildirib.

Teqlər: