Xəbər - Orxan Nəbiyev – Trend:
Bizim məqsədimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır.
AzerTimes-ın “Yeni Şafak” qəzetinə istinadən məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini 2021” birgə təlimləri çərçivəsində brifinq zamanı deyib.
O bildirib ki, Ermənistana təklif olunan sülhün qəbul edilməsi çox vacibdir:
“Təəssüf ki, bu günə qədər tam cavab alınmayıb. Amma bununla bağlı bəzi işarələr var. Bizim məqsədimiz tərəflərin sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah şəraitində yaşamasıdır. Bizim niyyətimiz isə Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır”.