Mənzildə qadın meyiti tapılıb

Mənzildə 56 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Stepanova Asya Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: