Mənzildə 42 yaşlı kişi meyiti tapılıb

Sumqayıtda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Babayev Ramil Vasif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: