Məndən 12 milyardlıq silah almağı tələb etdilər – Paşinyan

Məndən 12 milyardlıq silah almağı tələb etdilər – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldiyi ilk gündən “hər şey ordu üçün” prinsipini rəhbər tutduğunu bildirib.

AzerTimes xəbər verir ki, Paşinyan bu barədə Mülki Müqavilə Partiyasından olan deputat Kristina Poqosyanın baş nazirin müharibədə qalib gəlmək üçün nələr etdiyi barədə sualını cavablandırarkən deyib.

Paşinyan bildirib ki, hələ 44 günlük müharibədən əvvəl hərbi rəhbərlik ona qarşıdakı 10 il üçün lazımi müdafiə alışı planını təqdim edib. Hərbçilərin tələb etdiyi hər şey cəmi 12 milyard dollara başa gələcəkdi və o, razılığını verib:

“Çoxları təəccübləndi, deyirlər, 12 milyard? Dedim, bəli, edə bilərik və buna əminəm”.

Onun sözlərinə görə, generalların bir çoxu bu gün lovğalanır, lakin 44 günlük müharibə zamanı döyüş əməliyyatları başlayandan yalnız döyüş meydanından necə qaçmağı düşünürdülər.

Teqlər: