Mənasız aksiyadır, çünki Qarabağ Azərbaycandır – Abramyan

Mənasız aksiyadır, çünki Qarabağ Azərbaycandır – Abramyan

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və onunla hesablaşmaq məcburiyyətindədir.

AzerTimes xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı saxta separatçı rejimin nümayəndələrinin hansısa etiraz aksiyaları keçirməsinin əhəmiyyəti yoxdur:

“Əvəzində Ermənistanın beynəlxalq tərəfdaşları üçün Paşinyanın Qarabağın Azərbaycanın suveren ərazisi olması barədə bəyanatları daha qəbulediləndir”.

Teqlər: