Məmməd İsmayıl haqqında Türkiyədə kitab nəşr olundu

Məmməd İsmayıl haqqında Türkiyədə kitab nəşr olundu

Azərbaycanın görkəmli şairi Məmməd İsmayıl haqqında Türkiyədə yeni kitab nəşr olunub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Əsərləri dünyanın əllidən çox dilinə tərcümə olunan, qırxdan çox kitabı nəşr edilən türk dünyasının məşhur şairi Məmməd İsmayıl haqqında Türkiyədə “Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitab işıq üzü görüb. Kitabda həm Azərbaycan, həm də Türkiyə şair, yazıçı və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş şeirləri, xatirə yazıları və elmi məqalələri yer alıb”, – məlumatda bildirilib.

Teqlər: