Məlumatların bank kartının arxa hissəsində yerləşdirilməsi müasir tələblərə cavab verir – Unibank

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bütün məlumatların, o cümlədən müdafiə kodunun (CVV) bank
kartının arxa hissəsində yerləşdirilməsi müasir tələblərə və
təhlükəsizlik texnologiyalarına cavab verir.

Bu barədə Trend-ə “Unibank”dan bildiriblər.

Qeyd olunub ki, “Unibank”ın “Leobank” kartlarında müdafiə kodu
kartın nömrəsi, etibarlılıq müddəti və müştərinin fərdi məlumatları
ilə birgə bankın arxa tərəfində əks olunub. Kartın üz tərəfində
bankın loqotipindən başqa heç nə yer almır.

Eyni zamanda, bankdan bildiriblər ki, kart məlumatlarının bu cür
yerləşdirilməsi beynəlxalq standartlara uyğundur və daha
təhlükəsizdir.


“Unibank”dan həmçinin bildiriblər ki, digər ölkələrdə də bu cür
praktika tətbiq olunur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: