Məktəblini döyən başçı müavini işdən çıxarıldı

Məktəblini döyən başçı müavini işdən çıxarıldı

Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra başçısı Taleh Qaraşovun müvafiq əmri ilə R.Arifqızı tutduğu vəzifədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Lənkəranda məktəblinin döyülməsində ittiham olunanlardan biri də V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovadır. Lənkəran Rayon Prokurorluğu faktla bağlı Yeganə Əsgərova barəsində tədbir görülməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimat da göndərib.

Teqlər: