Məktəbli qız avtomatı gözübağlı 10 saniyəyə sökür – Video

Məktəbli qız avtomatı gözübağlı 10 saniyəyə sökür – Video

10-cu sinif şagirdi avtomatı saniyələr içərisində gözübağlı vəziyyətdə söküb-yığır..

AzerTimes-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, söhbət 67 nömrəli tam orta məktəbdə təhsil alan Ayan Həsənovadan gedir. O, silahı 10 saniyəyə gözübağlı şəkildə sökür, eyni çevikliklə də yığır. Bütün bunları xüsusi dəqiqliklə yerinə yetirən Ayan həm də “Şahinlər” komandasının kapitanıdır.

Sinifdə digər şagirdlər də “Çağrışaqədərki hazırlıq” dərsində ilkin hərbi biliklərə yiyələnirlər.

Şagirdlərə vətənpərvərlik ruhu aşılayan müəllim isə ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovdur. O, Aprel və Tovuz döyüşlərinin, eləcə də Vətən müharibəsinin iştirakçısıdır.

Teqlər: