Məktəblərdə monitorinqlər necə aparılacaq? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Məktəblərdə monitorinqləri aidiyyəti qurumlarla birgə aparacağıq.

AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, buna görə, müəssisə rəhbərləri məsuliyyət daşıyırlar: “Müəssisə rəhbərləri ilə birgə çalışacağıq ki, problemlər olmasın”.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Twitter:@cingizsafarli

Teqlər: