Məktəblərdə istiliklə bağlı vəziyyət necədir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Dağlıq və dağətəyi rayonlarda yerləşən məktəblərə istilik verilib.

Bu barədə AzerTimes-a Təhsil nazirliyindən məlumat verilib.

“Bakı şəhərində və digər rayonlarda yerləşən 281 məktəbə isə noyabrın 15-dən istiliyin verilməsi nəzərdə tutulur”, – deyə bildirilib.


Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Twitter: @cingizsafarli

Teqlər: