Məktəblər qızılcaya görə bağlanacaq? – Nazir

Məktəblər qızılcaya görə bağlanacaq? – Nazir

Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq.

AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər:

“Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq həddə deyil. Aidiyyəti qurumlarla birgə işləyirik. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa, sinif və ya məktəb distant təhsilə keçid edə bilər”.

Teqlər: