Məktəbdə faciə: Udmurtiyada matəm elan olundu

Məktəbdə faciə: Udmurtiyada matəm elan olundu

İjevsk şəhərindəki orta məktəbdə baş verən atışmadan sonra Udmurtiya Respublikasında 3 günlük matəm elan olunub.

AzerTimes xəbər verir ki, bu barədə respublika qubernatoru Aleksandr Breçalov məlumat verib.

“Bu gündən etibarən sentyabrın 29-na kimi Udmurtiya Respublikasında 88 saylı məktəbdə həlak olanlarla bağlı matəm elan olunub”, – Breçalov bildirib.

Qeyd edək ki, bu gün naməlum şəxsin İjevskdəki 88 saylı məktəbə hücumu nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Ölənlərdən 7-si uşaqdır.

Teqlər: