Meksikanın şimalında Sonora ştatında yüngül təyyarə qəzaya uğrayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Milenio” qəzeti regionuna hökümətinə istinadən bildirib.
Məlumata əsasən, təyyarədə olan pilot da daxil olmaqla ən azı dörd nəfər həlak olub.
Üç sərnişin yaralanaraq xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydikdən sonra qəzaya uğrayıb.