Meksikanın şimalında baş verən yanğın 100-dən çox ailəni evsiz qoyub

Meksikanın şimal-şərqində, Nuevo-Leon ştatının Monterrey şəhərində kasıb məhəllədə baş verən yanğın 100-dən çox evi məhv edib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə naticəsində yüzlərlə insan evsiz qalıb. Yanğının söndürülməsində dörd yanğınsöndürmə bölməsinin briqadaları cəlb edilib. Onlar bir neçə saat ərzində alovu söndürməyə müvəffəq olublar. Ölən və yaralananlar barədə məlumat verilmir.

Regional hakimiyyət orqanları bütün əmlakını itirmiş insanları yerləşdirmək üçün müvəqqəti sığınacaqlar açıb.

Yanğının mümkün səbəbləri barədə məlumat açıqlanmır.

Teqlər: