Amsterdamda polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib

Amsterdam polisi ilə COVID-19 pandemiyası ilə əlaqədar növbəti qapanma əleyhinə etiraz edən nümayişçilər arasında şiddətli toqquşmalar baş verib.

Trend xəbər verir ki, yerli “Twitter” istifadəçiləri hüquq-mühafizə orqanlarının nümayəndələrinin etirazçıları faktiki olaraq döyməsindən hiddətlənib.

Polis qalxan və dəyənəklərdən istifadə edir, bundan başqa aksiyada əsayişi təmin etmək üçün xidməti itlər də cəlb olunub.


Eyni zamanda, NL Times nəşri qeyd edir ki, polis etirazlar şiddətli toqquşmalara çevrildiyi üçün güc tətbiq etməyə məcbur olub.

Ümumilikdə mitinqdə 3,5 mindən çox insan iştirak edir, lakin aksiyalara daha bir neçə min insanın qatılacağı gözlənilir.