Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Meksikanın Miçoakan ştatında yük maşınında 9 nəfərin meyiti tapılıb.

Trend-in məlumatına görə, bu barədə ştat prokurorluğu bildirib.

Qeyd olunur ki, yük maşınında tapılan 8 kişi və 1 qadının bədənində güllə yaraları olub.


Hadisə ilə bağlı araşdırma başlayıb. Ölənlərin şəxsiyyətləri məlum deyil.