Meksikanın Sinaloa ştatında “Sinalao” narkokartelinin rəhbəri Ovidio Qusmanın yaxalanması əməliyyatı zamanı 29 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Sandoval deyib.
Onun sözlərinə görə, ölənlərdən 19-u qanun pozucusu, 10-u isə hərbçidir. Bundan əlavə, 35 hərbçi də yaralanıb.
Sandoval bildirib ki, hücumda şübhəli bilinən 21 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.