Meksikada polis əməkdaşlarına hücum nəticəsində bir nəfər həyatını itirib

Meksikanın şərqindəki Verakrus ştatının Tuspan bölgəsində
naməlum silahlı şəxslər polis əməkdaşlarına atəş açıb, azı bir
hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə regional
ictimai təhlükəsizlik idarəsi “Twitter”-də məlumat yayıb.

“Mılumdur ki, vəzifəsini yerinə yetirərkən bir əməkdaşımız həlak
olub, digəri isə yaralanıb. Yoldaşlarımıza qorxaqcasına hücumu
pisləyirik, baş verənlər cəzasız qalmayacaq”, – yazıda
bildirilir.

Hazırda Tuspanda hüquq-mühafizə orqanları gücləndirilmiş iş
rejiminə keçirilib, hücum iştirakçılarının axtarışı federal
hüquq-mühafizə orqanları ilə razılaşdırılaraq aparılır.