Meksikada miqrantların olduğu avtobus dərəyə aşıb, 6 nəfər ölüb

Meksikanın mərkəzində San-Luis-Potosi ştatında avtobus dərəyə
aşıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ölkənin Milli
Qvardiyası bildirib.

Məlumata əsasən, qəza nəticəsində azı 6 nəfər ölüb, 15 nəfər
yaralanıb.

Avtobusda Mərkəzi Amerikadan olan insanlar olub. Ehtimal olunur
ki, onlar ABŞ ilə sərhəd ərazisinə gedirdilər.