Meksikanın səhiyyə orqanları ölkədə ilk insanda meymunçiçəyinə
yoluxma faktını aşkar ediblər.
AzerTimes-ın
məlumatına görə, virus ABŞ-ın 50 yaşlı sakinində aşkarlanıb. Həmin
şəxsin Niderlanda son səfəri zamanı xəstəliyə tutulduğu güman
edilir.
ÜST-ün məlumatına əsasən, insanların bu növ çiçək xəstəliyinə
yoluxma halları artıq 20-dən çox ölkədə müəyyən edilib.