Meksikada hərbi helikopter qəzaya uğradı: 14 ölü

Meksikada hərbi helikopter qəzaya uğradı: 14 ölü

Meksikada narkotik dəstəsinin lideri Rafael Karo Kinteronun saxlanılması əməliyyatında iştirak edən helikopter qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Meksika Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 15 nəfərdən 14-ü ölüb. Hərbi helikopter Sinaloa əyalətində Los Moçis Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Qəzanın səbəblərinin araşdırıldığı və əməliyyatla əlaqəsinin izi olmadığı açıqlanıb.

Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan 10 qaçaq siyahısında yer alan narkotik şəbəkəsinin lideri Kintero Meksika donanmasının əməkdaşları tərəfindən Sinaloa əyalətinin Çoix şəhəri yaxınlığındakı kənddə yaxalanıb.

Teqlər: