Meksikada avtomobil piyadalara çırpılıb, 10-dan çox insan yaralanıb

Meksikanın paytaxtı Mexikoda yerləşən Koyoakan rayonunda avtomobil bir qrup piyada və velosipedçiyə çırpılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şəhər ictimai təhlükəsizlik idarəsi xəbər verib.

Məlumata əsasən, 12 nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlar Mexiko şəhərinin şimalındakı Qvadalupe Məryəm Bazilikasına gedən zəvvarlar olub. Onlar sınıq və kəllə-beyin travması ilə xəstəxanalara çatdırılıblar.

Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Hakimiyyət nümayəndələri avtomobilin sürücüsünü və onunla birlikdə olan sərnişini saxlayıblar.