Meksikada avtobusla yük maşınının toqquşması nəticəsində 16 nəfər ölüb

Meksikanın şimalında yerləşən Sonora ştatında Sonoita – San-Luis-Rio-Kolorado şosesində avtobus yük maşını ilə toqquşub.

AzerTimes-ın məlumatına görə, 16 nəfər hadisənin qurbanı olub, 22 nəfər yaralanıb.

“Hazırda 22 nəfərin xəsarət aldığı məlumdur, 16 nəfər həlak olub, 6 yaralının vəziyyəti ağırdır”, – regionun prokurorluğu “Twitter” hesabında bildirib.

Faciənin mümkün səbəbləri barədə açıqlama verilməyib. Qəzanın səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılır.

Teqlər: