Meksika herbçiləri Sinaloa ştatının şimal-qərb sahillərində böyük narkotik partiyası daşıyan gəmini saxlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Hərbi Dəniz Donanması Nazirliyi bildirib.
Məlumata əsasən, iki nəfər tərəfindən idarə olunan gəmidə 2,5 tondan çox metamfetamin və 100 000-dən çox fentanil həbi tapılıb.
Təhmini hesablamalara görə, qara bazarda qanunsuz yüklərin ümumi dəyəri 90 milyon dollar civarındadır.