Meksika sahillərində 5,5 bal gücündə zəlzələ olub

Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə,
yeraltı təkanların episentri Lasaro-Karnedas şəhərindən 383
kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə
yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami
təhlükəsi barədə məlumat verilməyib.