Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 4 aprel 2022-ci
il tarixində saat 10 radələrində yanğın hadisəsi baş verib.
Trend xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, yerli ekologiya idarəsinin
əməkdaşları hadisə yerinə yollanıb.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər
tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək
məqsədilə araşdırma və monitorinqlər aparılır.