Məhv edilən İl-76-lar İrandan “Şahid” daşıyırmış

Məhv edilən İl-76-lar İrandan “Şahid” daşıyırmış

Pskov hava limanında məhv edilən Rusiyaya məxsus 4 İL-76 təyyarəsi ordunun yüklərini, silahlarını və şəxsi heyətini daşıyırdı. Bu təyyarələr, həmçinin, Tehrandan Rusiyaya “Şahid” dronlarını çatdırıb.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.

“Aerodromlara edilən hücumlara görə Rusiya uzaq nöqtələrdə belə özünü təhlükəsiz hiss etmir və təyyarələri Uzaq Şərqə qədər toplamalı olur. Ruslar strateji bombardmançılarını məhz burada gizlədirlər”, – İqnat bildirib.

Qeyd edək ki, 29 avqustda Pskova edilən PUA hücumu nəticəsində 2 İl-76 məhv edilib, daha iki təyyarə zərər görüb.

Teqlər: