Məhşur amerikalı aktrisa dünyasını dəyişdi

Məhşur amerikalı aktrisa dünyasını dəyişdi

Amerikalı aktrisa Luiza Fletçer 89 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Fletçer Fransadakı evində dünyasını dəyişib. Hələ ki, onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, aktrisa daha çox Miloş Formanın “Ququ yuvasının üzərindən uçarkən” filmindəki tibb bacısı rolu ilə tanınıb. Bu filmə görə o, “Oskar”, “Qızıl qlobus” və BAFTA-nın “Ən yaxşı aktrisa” mükafatlarına layiq görülüb.

Teqlər: