Məhsa Əmininin ildönümündə atası həbs edildi

Məhsa Əmininin ildönümündə atası həbs edildi

İranın təhlükəsizlik qüvvələri ötən il “əxlaq polisi” tərəfindən zorakılıqla öldürülən gənc qız Məhsa Əmininin ildönümündə atasını həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” Əminin ailəsinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Əmcəd Əmini evindən çıxarkən saxlanılıb.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini ötən il sentyabrın 16-da şəriət qanunlarını pozmaqda ittiham edilərək həbs olunmuş və zorakılığa məruz qalaraq öldürülmüşdü. Onun ölümünə etiraz olaraq 17 sentyabr böyük aksiya başlamışdı. Aksiyalar aylarla davam etmişdi.

Qeyd edək ki, aksiyaların ildönümündə (17 sentyabr) İranda qarşıdurmalar gözlənilir.

Teqlər: